http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Buxarestdə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyasının iclası keçiriləcək

14 May 2023 , 12:38
Buxarestdə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyasının iclası keçiriləcək

Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclasının keçirilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, bu barədə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soarenin görüşündə bildirilib.

Görüşdə Azərbaycan və Rumıniya əlaqələrinin daim inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb. Ötən dövrdə ikitərəfli əməkdaşlığın genişlənməsinə xidmət edən 61 sənədin imzalandığı bildirilib. İqtisadi əlaqələrin inkişaf etməkdə olmasının növbəti göstəricisi kimi, ötən il də iki ölkə arasında ticarət dövriyyəsində 2,4 dəfə artımın qeydə alındığı bildirilib.

Azərbaycan və Rumıniya hökumətləri arasında Müştərək Komissiyanın müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edən fəaliyyətindən bəhs olunub.

İkitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb, hökumətlərarası Müştərək Komissiyanın Buxarestdə keçiriləcək növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
Menyu