http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

“Azəriqaz” yerli istehsal olan sayğacların tətbiqinə başlayır

14 May 2023 , 13:00
“Azəriqaz” yerli istehsal olan sayğacların tətbiqinə başlayır

Bu ilin mayında SOCAR "Azəriqaz" İstehsalat Birliyinin məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədilə "Gəncə Cihazqayırma Zavodu" ASC ilə müqavilə bağlanıb.

"Operativ Media" xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov bildirib. O deyib ki, müqaviləyə əsasən, “Gəncə Cihazqayırma Zavodu” ASC tərəfindən 2 min ədəd qaz sayğacı “Azəriqaz”a təqdim edilib. İyundan etibarən Gəncə Cihazqayırma Zavodunda ümumilikdə 405 min ədəd sayğacın kütləvi istehsalına başlanılacaq və il ərzində "Azəriqaz" İB-yə təhvil veriləcək. “Azəriqaz” İB ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında bu əməkdaşlıq sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığını azaldacaq: "Əməkdaşlıq çərçivəsində qaz sayğaclarının alqı-satqısı yerli istehsalla həyata keçiriləcək, yerli sahibkarlığın inkişafına dəstək veriləcək, xarici valyutanın ölkədən kənara çıxmasının qarşısı alınacaq, həmçinin qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və ucuzlaşdırılması təmin ediləcək".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
Menyu