17 May 2023, 23:45
Moldova ilə qarşılıqlı ticarət dövriyyəsinin artırılması imkanları müzakirə olunub
Moldova ilə qarşılıqlı ticarət dövriyyəsinin artırılması imkanları müzakirə olunub şəkil
Moldova ilə qarşılıqlı ticarət dövriyyəsinin artırılması imkanları müzakirə olunub

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının Rəhbərlər Şurasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən 32-ci İllik Toplantısı çərçivəsində Moldovanın Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Dumitru Alaiba ilə görüşüb.

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, tədbirdə Azərbaycanın Moldova ilə əlaqələrə önəm verdiyi vurğulanıb, iqtisadi tərəfdaşlığın gücləndirilməsi üçün potensial diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkələrimiz arasında investisiya, ticarət, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var.

Görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması imkanları və əməkdaşlığın yeni istiqamətləri barədə müzakirə aparılıb.

Son xəbərlər
KİV: Kaya Kallas Azərbaycana səfər edəcək
Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib
"BakuBus" noyabr-dekabrda 161 ədəd elektrik avtobusu istifadəyə verib
Xəzərdə zəlzələ baş verib
Azərbaycan PL: "Səbail" "Kəpəz"i məğlub etdi
Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib
Zelenski: "Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır"
Hakan Fidan İraqa səfər edəcək