Menyu

Emal sənayesində 5754 milyon manatlıq məhsul istehsal olunub

Redaksiya
Emal sənayesində 5754 milyon manatlıq məhsul istehsal olunub

Yanvar-aprel aylarında emal sənayesində 5754 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

"Operativ Media" Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 18,1 faiz, qida məhsullarının istehsalında 12,2 faiz, tütün məmulatlarının istehsalında isə 9,8 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından meyvə-tərəvəz konservlərinin istehsalı 8,2 faiz, duz istehsalı 1,4 faiz artıb, şəkərin istehsalı 0,3 faiz, duru bitki yağlarının istehsalı isə 31,7 faiz azalıb.

Teqlər:

"Emal sənayesində 5754 milyon manatlıq məhsul istehsal olunub"

Fotogalereya

Əlaqəli Xəbərlər