Menyu

BVF-nin Bakı ofisi nə üçün bağlandı?

Redaksiya
BVF-nin Bakı ofisi nə üçün bağlandı?

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycandakı ofisini 2023-cü ilin iyun ayının sonunda bağlayacağı qərarı ölkənin beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa son verməsi anlamına gəlmir.

Bunu "Operativ Media"ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib: 

“Azərbaycan Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığını davam etdirir. Hətta Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı xüsusi saziş də imzalanıb. BVF ilə əməkdaşlığa son verilməsi, onunla birlikdə həyata keçirilən qurumun birgə proqramlarına, təkliflərinə hökumətdə ehtiyacın azalması ilə bağlıdır. Azərbaycanda 2022-2026-cı illəri əhatə edən strategiya qəbul olunub. Eyni zamanda milli priortetlər 2030-cu ilədək təsdiq olunub. Ölkəmizdə iqtisadi inkişaf həmin strategiya çərçivəsində həyata keçiriləcək. Bu da beynəlxalq maliyyə qurumlarının texniki yardımlarına və eləcə də məsləhət xidmətlərinə tələbin azalmasına gətirib çıxarır. BVF-nun da Azərbaycanda ofisinin bağlanması tələbin azalması ilə bağlıdır".

Teqlər:

"BVF-nin Bakı ofisi üçün bağlandı?"

Əlaqəli Xəbərlər