https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Azərbaycan-Avstriya biznes forumu keçirilib

22 May 2023 , 22:13
Azərbaycan-Avstriya biznes forumu keçirilib

Avstriya Federal İqtisadi Palatasının ticarətin təşviqi təşkilatının – “Advantage Austria”nın təşəbbüsü ilə Azərbaycan-Avstriya biznes forumu keçirilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) "Operativ Media"ya verilən məlumata görə, Agentliyin təmsil olunduğu Forumda Avstriyanın ticarət, logistika, İKT, sənaye, tikinti və su təsərrüfatı sektorlarını təmsil edən aparıcı şirkət nümayəndələri iştirak edib. Azərbaycan və Avstriyanın biznes subyektləri arasında əlaqələrin dərinləşdirilməsinə dair müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan və Avstriya arasında iqtisadi əlaqələrin və biznes tərəfdaşlığının inkişaf etdiyi vurğulanıb, ticarət və investisiya sahələrində əməkdaşlığın müsbət dinamikası qeyd edilib. Bildirilib ki, mühəndislik, konsaltinq və layihələrin idarə olunması sahələrində ixtisaslaşmış çoxsaylı Avstriya şirkətləri artıq Azərbaycanda fəaliyyət göstərir və onların artım potensialı yüksək qiymətləndirilib. Yeni əməkdaşlıq sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Forumda AZPROMO tərəfindən Avstriya şirkətlərinə Azərbaycanın investisiya mühiti, biznes imkanları və sərmayədarlara təqdim olunan imtiyazlara dair təqdimat nümayiş olunub, xarici sahibkarların sualları cavablandırılıb. Tədbir B2B görüşlərlə davam edib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda vergi ödəyicilərinin sayı 7 % artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 7 % artıb

Azərbaycan İspaniyaya neft ixracını iki dəfədən çox artırıb

Azərbaycan İspaniyaya neft ixracını iki dəfədən çox artırıb

Seçkilərdən sonra TL niyə dəyər itirir?

Seçkilərdən sonra TL niyə dəyər itirir?

XƏBƏR LENTİ
  • 08:59

    Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb
  • 08:32

    Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb
  • 08:03

    Peruda ağcaqanadlarla mübarizə gücləndirilib
  • 07:45

    Ukrayna ordusu şərq cəbhəsində irəliləyir
  • 07:35

    Rumıniyada minlərlə həkim etiraz aksiyası keçirib
  • 07:14

    Cənubi Koreyada eskalatorun tərsinə hərəkət etməsi nəticəsində 14 nəfər yaralanıb
  • 07:11

    Türkiyədə mikroavtobus yandı, miqrantlar meşəyə qaçdı
  • 07:08

    Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub
Menyu