MDB çirkli pulların yuyulması risklərinin qiymətləndirilməsi üçün beynəlxalq mərkəz yarada bilər
Redaksiya
MDB çirkli pulların yuyulması risklərinin qiymətləndirilməsi üçün beynəlxalq mərkəz yarada bilər
Mayın 22-də MDB-nin mənzil-qərargahında Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması (yuyulması) və terrorçuluğun maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi üzrə Beynəlxalq Mərkəzin yaradılması haqqında Saziş layihəsinin razılaşdırılması məqsədilə ekspert qrupunun iclası keçirilib. Dövlətlərdən daxil olan bütün irad və təklifləri nəzərdən keçirən ekspertlər sənədlə bağlı razılığa gəliblər. Saziş layihəsinin MDB Dövlət Başçıları Şurasının iclasına çıxarılması qərara alınıb.
"Operativ Media" xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin bəyanatında deyilir.
Birlik İcraiyyə Komitəsi qeyd edib ki, beynəlxalq mərkəzin yaradılması maliyyə kəşfiyyatı bölmələrinin işində və müvafiq risklərin millətlərarası qiymətləndirilməsinin aparılmasında dövlətlərarası məlumat mübadiləsinə kömək edəcək.
Teqlər:
"MDB çirkli pulların yuyulması risklərinin qiymətləndirilməsi üçün beynəlxalq mərkəz yarada bilər"