https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Bəzi müəssisələrə əməkhaqqını artırmaqla bağlı bildirişlər göndərilir - VİDEO

23 May 2023 , 14:18
1250
Bəzi müəssisələrə əməkhaqqını artırmaqla bağlı bildirişlər göndərilir - VİDEO

Bəzi müəssisələrə əməkhaqqıları artırmaq tövsiyə olunur.

"Operativ Media" xəbər verir ki, Dövlət Vergi Xidmətindən “Xəbər Ertəsi”nə bildirilib ki, sektorlar üzrə orta aylıq əməkhaqqıdan aşağı maaş təyin edən müəssisələrə bildirişlər göndərilir.

"Bildirişlərdə onlara əməkhaqqıları artırılmaq tövsiyə edilir."

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, bu bildirişlər sadəcə maarifləndirmə xarakteri daşıya bilər. Bu halda hər hansısa müəssisəyə və ya sahibkara cərimə tətbiq edilmir.

Ekspert bildirir ki, sürətli inflyasiya, bahalaşma və bu kimi səbəblərdən əmək bazarı da qiymətlərə uyğunlaşmağa məcburdur. Eyni zamanda ilin əvvəlindən etibarən dövlət sektorunda maaşların artırılması ilə bağlı qərarlar da orta aylıq əməkhaqqının formalaşmasında ciddi rol oynayır. Hazırda paytaxtda orta aylıq əməkhaqqı 1083 manata çatır. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz daha çoxdur. İqtisadçının sözlərinə görə, ümumiyyətlə, hazırkı orta aylıq əməkhaqqı məbləği reallığı əks etdirmir.

Rəşad Həsənov qeyd edib ki, müəssisələrə maaşların sektor üzə orta aylıq əməkhaqqıya çatdırılması ilə bağlı bildirişlərin göndərilməsi işçilərin xeyrinədir. Bunun tələb şəklində qoyulması isə sahibkarların hüquqlarına müdaxilə hesab olunur.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan BƏƏ ilə yeni investisiya imkanlarını müzakirə edib

Azərbaycan BƏƏ ilə yeni investisiya imkanlarını müzakirə edib

BMT ilə əməkdaşlığın inkişafı müzakirə olunub

BMT ilə əməkdaşlığın inkişafı müzakirə olunub

XƏBƏR LENTİ
  • 09:27

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:11

    Paşinyan Kişinyovda erməni icması ilə görüşdən imtina edib
  • 09:08

    Azərbaycan BƏƏ ilə yeni investisiya imkanlarını müzakirə edib
  • 08:28

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:20

    "Sevilya" Avropa Liqasının qalibi oldu
  • 07:09

    Kiyevdə bombalanması 3 nəfərin həyatına son qoydu, 14 nəfər yaralandı
    Kiyevdə bombalanması 3 nəfərin həyatına son qoydu, 14 nəfər yaralandı
  • 07:06

    İtaliya Baş Naziri Rəcəb Tayyib Ərdoğanı təbrik edib
  • 07:04

    Türkiyədə atışma olub, 5 nəfər yaralanıb
    Türkiyədə atışma olub, 5 nəfər yaralanıb
Menyu