İpoteka krediti hansı halda vərəsəsinə borc öhdəliyi kimi qalır?
Redaksiya 9511 baxış
"Konstitutsiya məhkəməsinin qərarı İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə verilən kreditlərə aid deyil".
Bunu “Operativ Media”ya açıqlamasında sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov bildirib.
Ekspertin sözlərinə görə, Konstitutsiya Məhkəməsinin vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələrinin ödəməsi ilə bağlı qərarı cəmiyyətdə çaşqınlıq yaradıb.
İlkin İbrahimov bildirir ki, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına mənzil alan şəxslər üçün həyat sığortası icbaridir. Buna görə də bu yolla ev alan şəxs vəfat etdikdə sığorta yerdə qalan məbləği öhdəlik kimi götürərək borcu tam ödəyir. Belə olan halda vərəsəyə hər hansısa borc qalmır.
Bankların öz vəsaitləri hesabına verdiyi ipoteka kreditlərində isə vəziyyət fərqlidir. Bankın daxili ipoteka krediti məhsulu müştərilərə verildikdə həyat sığortası könüllü olaraq təklif edilir. Vətəndaş imtina etdiyi halda ,vəfat edərsə onun borcunu vərəsəsi ödəməldir.
Ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə də bu üsul istifadə olunur.
Teqlər:
"İpoteka krediti hansı halda vərəsəsinə borc öhdəliyi kimi qalır?"