Ötən il tələbələrə verilən təqaüd xərcləri nə qədər olub?
Redaksiya
2022-ci il dövlət büdcəsində dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üzrə 362,3 milyon manat dürüstləşmiş xərcə qarşı icra 361,5 milyon manat və ya 99,8 faiz olub.
"Operativ Media" xəbər verir ki, bununla bağlı məlumat 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatında yer alıb.
Hesabatda bildirilir ki, bu xərclərdən 122,9 milyon manat tələbələrə verilən təqaüd xərcləri, 237,6 milyon manat təhsil və tibb müəssisələrində təhsil xərcləri, 1,0 milyon manat isə ümumi təhsil müəssisələrinin adambaşına maliyyələşmə mexanizminə keçidini təmin edəcək pilot proqramların hazırlanması və tətbiqi ilə bağlı xərclər təşkil edib.
Teqlər:
"Ötən il tələbələrə verilən təqaüd xərcləri nə qədər olub?"