Azərbaycan və BƏƏ iqtisadi əlaqələrin inkişanı müzakirə edib
Nərmin Qocamanlı
Azərbaycan və BƏƏ iqtisadi əlaqələrin inkişafı, yaşıl enerji və energetika sahəsində əməkdaşlığın perspektivləri barədə müzakirələr aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib:
"Həmkarımız SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin Baş icraçı direktoru və “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caber ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin uğurlu inkişafı, yaşıl enerji sahəsində Masdar şirkəti ilə birgə reallaşdırılan mühüm layihələr və energetika sahəsində əməkdaşlığın perspektivləri barədə müzakirələr apardıq".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net