Menyu

Azərbaycanda banklar niyə Rusiya rublunu dəyişmirlər?

Redaksiya
Azərbaycanda banklar niyə Rusiya rublunu dəyişmirlər?

Azərbaycanda vətəndaşlar banklarda rus rublunu dəyişdirməkdə çətinlik çəkirlər.

"Operativ Media" xəbər verir ki, artıq bankların əksəriyyəti nə rublu alır, nə də satışını həyata keçirirlər. Xüsusilə Rusiyada yaşayan həmvətənlərimiz köçürmələrdə çətinlik çəkirlər.

İqtisadçı ekspertlər bildirir ki, bu gün Rusiya rublu sabit olmayan məzənnələr siyahısındadır. Elə buna görə də banklar adətən çalışırlar ki, məzənnəsi sabit olmayan valyutaları öz səbətlərinə daxil etməsinlər. Rubl da riskli valyuta növüdür, çünki elə məzənnəsində cəmi son iki gündə 4,5 faiz oynama var. Banların bu addımı da maliyyə sektorunu qismən risklərdən qoruyur. 

Bəs onda əlində rublu olan vətəndaşlar nə edə bilərlər?

Ekspertlər Rusiyadan gələn vətəndaşlara rubl gətirməməyi tövsiyyə edirlər. Rusiyada artıq bunu konvertasiya edib Azərbaycana gəlmiş olsunlar. Əgər gətiriblərsə belə, ən pis halda mərkəzi banka müraciət əsasında, müəyyən mənada bunun konvertasiyasını təşkil etmək olar. Bu da məbləğdən asılı olacaq təbii ki, burada əlavə xərc, əlavə zaman itkisi nəzərə alınmalıdır. Mövcud problem isə  rublun məzənnəsindəki oynama aradan qalxdıqdan, qiyməti sabitləşdikdən sonra aradan qalxacaq.

Teqlər:

"Azərbaycanda banklar niyə Rusiya rublunu dəyişmirlər?"

Əlaqəli Xəbərlər