Azərbaycan və Ruminiya iqtisadi əlaqələrin inkişaf istiqamətlərini müzakirə edib
Nərmin Qocamanlı
İqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku ilə görüş keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviterdə paylaşım edib:
"Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf istiqamətləri, energetika sahəsində tərəfdaşlığın gücləndirilməsinə töhfə verən təşəbbüslər və əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq", - paylaşımda deyilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma