http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

SOCAR-ın prezidenti “Petrovietnam” şirkətinin vitse-prezidenti ilə görüşüb

31 May 2023 , 23:49
SOCAR-ın prezidenti “Petrovietnam” şirkətinin vitse-prezidenti ilə görüşüb

Mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Petrovietnam” şirkətinin vitse-prezidenti Le Xuan Huyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-dan "Operativ Media"ya bildirilib ki, görüşdə Azərbaycan ilə Vyetnam arasında əməkdaşlıq əlaqələrinin tarixi köklərə dayandığı diqqətə çatdırılıb. Vyetnam Sosialist Respublikasının ilk Prezidenti Xo Şi Minin 1959-cu ildə Azərbaycana və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1983-cü ildə bu ölkəyə səfəri ilə xalqlarımız arasında dostluq münasibətlərinin əsasının qoyulduğu vurğulanıb.

Görüş çərçivəsində, həmçinin xam neftin ticarəti sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, Azərbaycanda təhsil alan tələbələr, həyata keçirilən birgə layihələrin genişləndirilməsi, neft, qaz və bərpa olunan enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan BEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan BEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

Maliyyə Nazirliyi büdcədən vəsait alan qurumlara müraciət edib

Maliyyə Nazirliyi büdcədən vəsait alan qurumlara müraciət edib

Azərbaycan və Qırğızıstan gömrük sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan və Qırğızıstan gömrük sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

XƏBƏR LENTİ
  • 10:24

    Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
  • 10:14

    Azərbaycan PL: "Qarabağ" "Qəbələ"ni, "Zirə" "Neftçi"ni qəbul edir
  • 10:06

    Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb
  • 09:46

    Ağcabədidə ”Mercedes” yanıb
  • 09:26

    Azərbaycan BEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib
  • 09:18

    Xətaidə 21 yaşlı oğlan tanışı olan qadını qətlə yetirib, daha sonra özünü bıçaqlayıb
  • 08:05

    Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb
  • 07:55

    BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib
Menyu