http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

BMT ilə əməkdaşlığın inkişafı müzakirə olunub

01 İyun 2023 , 00:05
BMT ilə əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanda səfərdə olan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) İstanbul Regional ofisinin Dayanıqlı maliyyə təsiri üzrə meneceri xanım Luciana Aquiar və BMTİP-in Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Keyrosla görüşüb.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, görüşdə Azərbaycanın BMT və onun qurumları ilə əlaqələrə xüsusi önəm verdiyi vurğulanıb, Dayanıqlı İnkişaf Məqsədlərinin icra vəziyyəti, Azərbaycan iqtisadiyyatı, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində görülmüş işlərlə bağlı məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan dünyada mina və partlamamış hərbi sursatlarla ən çox çirkləndirilmiş ölkələr sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında “Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər” adlı 18-ci Dayanıqlı İnkişaf Məqsədi hazırlanıb və beynəlxalq ictimaiyyətə təqdim edilib. 18-ci DİM işğaldan azad olunmuş ərazilərimizə təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyəti özündə ehtiva edir. Bu DİM insanların təmiz ətraf mühitdə, sağlam və yüksək rifahda, o cümlədən sülh və təhlükəsizlik şəraitində yaşamasına yönəlib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan bank sektorunun aktivləri 6,5 % artıb

Azərbaycan bank sektorunun aktivləri 6,5 % artıb

Azərbaycan BMT ilə COP29-la bağlı potensial tərəfdaşlıq istiqamətlərini müzakirə edib

Azərbaycan BMT ilə COP29-la bağlı potensial tərəfdaşlıq istiqamətlərini müzakirə edib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb

XƏBƏR LENTİ
  • 16:40

    Cəlilabadda 45 min manatdan artıq büdcə vəsaitini məniməməkdə şüphəli bilinən direktorun məhkəməsi başlayır
  • 16:34

    KOBİA sədri Qubada mikro sahibkar olan aqlay daş istehsalı müəssisəsində olub
  • 16:32

    Pərviz Şahbazov Qazaxda vətəndaşları qəbul edib
  • 16:27

    "Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib
  • 16:27

    "Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib
  • 16:15

    Zaxarova: Rusiya İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak etmək niyyətində deyil
  • 16:12

    Sabah güclü külək əsəcək
    Sabah güclü külək əsəcək
  • 16:08

    Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib
Menyu