Azərbaycanda dibdərinləşdirən gəmi istehsal olunacaq
Nərmin Qocamanlı
Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodu MMC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və Niderlandın "Damen Shipyards Gorinchem B.V." şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib.
"Sənədin icrası ilə Bakı Gəmiqayırma Zavodunda Damen şirkəti ilə birgə dibdərinləşdirən gəmi istehsal olunacaq və bu qurğu Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində limanlarda yaranan maneələrin aradan qalxması üçün əhəmiyyətli olacaq", - o, qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net