Çin şirkəti Azərbaycanda Yaşıl Enerji layihəsinə qoşuldu
Nərmin Qocamanlı
Energetika nazirliyi Çin şirkəti ilə enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün tvitter hesabında paylaşım edib.
"Azərbaycanda yaşıl enerji güclərinin yaradılmasına Çin şirkəti də qoşuldu. Bu gün Energetika Nazirliyi “China Gezhouba Group Overseas Investment” şirkəti ilə 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzaladı", - nazir qeyd edib.
Teqlər:
"Çin şirkəti Azərbaycanda Yaşıl Enerji layihəsinə qoşuldu"