“Şahdəniz” qaz-kondensat yatağından 192 milyard kubmetr qaz hasil edilib
Redaksiya
Cari il mayın 1-dək “Şahdəniz” qaz-kondensat yatağından 192 milyard kubmetr qaz hasil edilib.
"Operativ Media" xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə iyunun 2-də Bakı Enerji Forumunda deyib.
Onun sözlərinə görə, bu günə qədər yataqdan 41 milyon ton kondensat da hasil olunub: “Yatağın qaz ehtiyatları 1,2 trilyon kubmetr, kondensat ehtiyatları isə 240 milyon ton qiymətləndirilir”.
Teqlər:
"“Şahdəniz” qaz-kondensat yatağından 192 milyard kubmetr qaz hasil edilib"