Menyu

Azərbaycan və Gürcüstan arasındakı iqtisadi-ticarət əlaqələrinin inkişafı müzakirə edilib

Nərmin Qocamanlı
Azərbaycan və Gürcüstan arasındakı iqtisadi-ticarət əlaqələrinin inkişafı müzakirə edilib
1 dəq oxu

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviterdə bildirib.

"Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, sərmayələrin qarşılıqlı təşviqi, nəqliyyat, tranzit, energetika sahəsində əməkdaşlığın gücləndirilməsi üçün mövcud imkanları müzakirə etdik", - nazir qeyd edib.

Fotogalereya

Əlaqəli Xəbərlər