http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini daha da artıracaq

06 İyun 2023 , 17:47
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini daha da artıracaq

"Fitch Solutions” beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu yeniləyib.

"Operativ Media" xəbər verir ki, “Fitch Solutions” 2023-cü ildə Azərbaycan Mərkəzi Bankının yenidən maliyyələşdirmə dərəcəsini 9,25% səviyyəsinə qədər artıracağını proqnozlaşdırıb. Bu isə agentliyin yanvar proqnozu ilə müqayisədə 1% bəndi çoxdur.

“Fitch Solutions”də bildirilib ki, 2023-cü ilin fevralın ayında Azərbaycanda inflyasiya illik 13,9% təşkil edib ki, bu da 2015-ci ildəki manatın devalvasiyasından sonra qeydə alınan ən yüksək göstəricidir.

"Bu inflyasiya fonunda Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sərtləşdirməyə davam etdiyi üçün biz də kredit şərtlərinin sərt qalacağını gözləyirik. Biz ilin sonuna qədər uçot dərəcəsinin 9.25%-ə qədər artırılacağını gözləyirik. Biz inflyasiyanın 2023-cü ildə orta hesabla 11.5% və 2024-cü ildə 7.5% olacağını gözləyirik. Önümüzdəki aylarda qiymət təzyiqləri tədricən azalacaq, lakin pandemiyadan əvvəlki 2,5-3,0% səviyyəsindən yüksək olaraq qalacaq" - deyə orada qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
Menyu