http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Şəfəq”in ərazisi minalardan təmizlənmək üzrədir

07 İyun 2023 , 22:30
“Şəfəq”in ərazisi minalardan təmizlənmək üzrədir

BP-nin Cəbrayıılda inşa edəcəyi günəş elektrik enerjsi stansiyası ilə bağlı işlər yeni mərhələyə keçir. Böyük Britaniya şirkətinin Azərbaycanda enerji sahəsində fəaliyyəti 2022-ci ildə Şuşada imzalanan sənədlə yeni mərhələyə qədəm qoyub. Bu da ənənəvi neft-qaz sahəsindən sonra yaşıl enerji sahəsində işlərlə bağlıdır.

"Operativ Media" xəbər verir ki, söhbət Cəbrayılda həyata keçirilən Şəfəq adlı günəş elektrik stansiyası layihəsinin reallaşdırılmasından gedir.

Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Aygün Zeynalova bildirib ki, bunun üçün maneə olan mina problemi aradan qaldırılır.

"Orada hazırda minatəmizləmə işləri yekunlaşmaq üzrədir. Ərazi minalardan təmizləndikdən sonra, yaxın müddətdə bunun reallaşacağını planlaşdırırıq.  Sahəyə daxil olacaq texniki heyət və ölçmə, müşahidə aparatları quraşdırılacaq”.

Növbəti mərhələdə layihənin icrasında “Virtual Enerji Ötürülməsi Mexanizmi” adlı biznes modelinin tətbiqi planlaşdırılır. Bu model Cəbrayılda günəş enerjisinin istehsalına və onun ölkənin digər hissələrində dövlət və ya özəl alıcılara satışına imkan yaradır.

İqtisadçı Xalid Kərimli bildirir ki, ümumiyyətlə, Azərbaycanın özünün enerji strategiyasında 2030-cu ilə qədər ümumi elektrik enerjisinin artırılması planı mövcuddur.

"Eyni zamanda da elektrik enerjisinin istehsalında bərpa olunan mənbələri indiki 5-6 faizdən 30 faizə qədər minimum artırmaq planı var. Bu istiqamətdə də, xüsusən 2022-ci ildə bir sıra real addımların atıldığını görürük. Masdar, Aqua Pover, BP ilə 700 meqavatlıq enerji şirkəti ilə 3 saziş bağlandı”.

Deməli, həmin müqavilələrin imzalanması hədəfin mahiyyətindən xəbər verir. Üstəlik ilk qiymətləndirməyə görə, Azərbaycanda 2 gigavattlıq alernativ enerji ehtiyatının olması daha bir üstünlükdür. Cəbrayıldakı “yaşıl enerji” zonasında xarici tərəfdaşlığın ilk nümunəsi olan “Şəfəq” layihəsi BP ilə Azərbaycan arasında təmiz enerji və dekarbonizasiya siyatətinin həyata keçirilməsində də xüsusi rol oynayacaq.

 

Samir Cabbarov

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu