08 İyun 2023, 13:51
Azərbaycan İspaniyaya neft ixracını iki dəfədən çox artırıb
Azərbaycan İspaniyaya neft ixracını iki dəfədən çox artırıb şəkil
Azərbaycan İspaniyaya neft ixracını iki dəfədən çox artırıb

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan İspaniyaya 826,905 min tondan çox neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 8,95 faizini təşkil edir.

"Operativ Media" xəbər verir ki, bu göstərici illik hesablamada 2,14 dəfə və ya 441,38 min tondan çox artıb.

Hesabat dövründə Azərbaycandan İspaniyaya neft və neft məhsulları ixracı dəyər ifadəsində 526,641 milyon dollardan çox olub ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 98,4 faiz və ya 261,183 milyon dollar çoxdur.

Bütünlükdə 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9,236 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (9,5 milyon ton) ilə 2,6 faiz azdır. Dəyər ifadəsində neft ixracı 5,715 milyard dolları ötüb ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 12,7 faiz və ya 829,564 min dollar azdır.

Son xəbərlər
Ararat Mirzoyan Moskvaya səfər edəcək
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilib
MEDİA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
ADY kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 2025, 16:14
Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanını ziyarət edib
"Real Betis" "Mançester Yunayted"in braziliyalısı ilə anlaşdı
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxılıb