09 İyun 2023, 13:12
"10 min valyutadəyişmə məntəqəsi bağlandı, yerinə qəliz sistem yaradıldı"
Azərbaycanda 10 minə yaxın valyutadəyişmə məntəqəsi bağlandı. Bunlar bağlandı, onun yerinə qəliz bir sistem yaradıldı.
"Operativ Media" nın məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün parlamentin növbədənkənar iclasında deyib.
O qeyd edib ki, indi puldəyişmə qara bazarda fəaliyyət göstərir, metroların yanında, 90-cı illərin qara bazarına qayıtmışıq. “Turistlər gəlir Azərbaycana. İndi bu turistlər şənbə və bazar günü harda dəyişməlidir pulları? Elə olur 7 gün iş günü olmur. İndi camaat pulu harada dəyişməlidir? Valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsinə baxılmalıdır”, - deyə o əlavə edib.