Ələt Azad İqtisadi Zonasında investorlara hansı güzəştlər veriləcək?

admin
Ələt Azad İqtisadi Zonasında investorlara hansı güzəştlər veriləcək?

Ələt Azad İqtisadi Zonasında investorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün artıq hazırdı.

"Operativ Media" xəbər verir ki, bunu Zonanın səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülmüş işlər barədə dövlət başçısına məruzəsində bildirib. İnvestorlar bir sıra vergi və rüsumlardan da azaddır.

İqtisadi zonada investorlar üçün aşağıdakı fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir:

- İnvestorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar;

- Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur;

- Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur;

- Yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır;

- Əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur;

- Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur;

- Valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət yoxdur;

- İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu investorların əmlakını bu və ya digər məhdudiyyətlərdən qorunmasına təminat verir;

- Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu, həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir.

Digər xəbərlər