http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Valeh Ələsgərovun Sumqayıt Kimya Sənaye Parkına səfər edib

12 İyun 2023 , 23:06
Valeh Ələsgərovun Sumqayıt Kimya Sənaye Parkına səfər edib

İyunun 12-də İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Ələt Azad İqtisadi Zonasının (AFEZ) səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.

İZİA-dan "Operativ Media"ya bildirilib ki, sənaye parklarının rezidentlərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev sənaye zonalarında investorlar üçün yaradılan imkanlar, İZİA ilə AFEZ arasında əməkdaşlıq prespektivləri barədə məlumat verib.

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov AFEZ iqtisadi zonada rezidentlərin qeydiyyat prosedurları, investorlar üçün tətbiq edilən fiskal və qeyri-fiskal imtiyazlardan danışıb, sənaye zonalarının rezidentlərini AFEZ-in rezidentləri ilə əməkdaşlıq əlaqələri qurmağa dəvət edib.

Görüş çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Ələt Azad İqtisadi Zonası arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, İZİA-nın idarəçiliyində olan sənaye zonalarının məlumat lövhəsinin Ələt Azad İqtisadi Zonasında yerləşdirilməsi və s. məsələlər müzakirə edilib.

Sonda AFEZ səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkın rezidenti “STP” MMC-nin Elektrik avadanlıqları və Kabel zavodlarında gedən istehsal prosesi ilə tanış olub.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu