http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Tutulması qadağan edilən balıq bazarda necə satılır?

13 İyun 2023 , 15:56
995
Tutulması qadağan edilən balıq bazarda necə satılır?

Artıq bir aydır ki, rəsmi olaraq balıq ovu qadağan edilib. Amma hazırda bazarlarda bir-birindən fərqli balıqlar satılır.

"Operativ Media" paytaxt bazarlarında satılan balıqların haradan gətirildiyini və qiymətini araşdırıb.

Balıqların kürütökmə dövrü olduğundan 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib.
Xəzər dənizi, onunla əlaqəsi olan çaylar və su anbarları, eyni zamanda Xəzər və ona tökülən çaylarla əlaqəsi olan kanallarda balıq ovlamağa icazə yoxdur. Bu ildən tilovla da balıq tutmağa icazə verilmir. Bəs bazarlarda satılan balıqlar haradan əldə edilir?

Balıq satışı ilə məşğul olan İlkin Novruzovun sözlərinə görə, hazırda satışda olan balıqlar xaricdən və ya təsərrüfatlardan gəlmədir. Dəniz balığı satılmır.

"Ölkəmizə balıqlar daha çox Qazaxıstan, Rusiya, Türkiyə və Norveçdən  gətirilir. Bununla bərabər yerli təsərrüfatlarda yetişdirilən balıqlar da var ki, hazırda məhz onların satışı həyata keçirilir".

Qadağanın qiymətləri qalxmasına səbəb olacağı gözlənilirdi. Lakin satıcılar bu fikirdə deyil. Balıqçılar bildirir ki, hazırda bazarlarda dənizdən tutulma balıqlar olmasa da ,amma qiymətlərdə heç bir fərq yoxdur. Çeşidin olmaması alıcılığı çox aşağı salıb.

"Gəlirlər, dəniz balığı soruşurlar, deyirik, yoxdur. Ən çox axtarılan kütümdür. Biz deyəndə ki, o yoxdur, başqa balıq var, almırlar. Kütümdü, Kefaldı, Berjdi satışda yoxdur. Balıqçılar gətirmir, ümumiyyətlə  bazarda heç kimdə yoxdur".

Qiymətlərə gəlincə isə piştaxtada olan balıqların qiymətləri belədir:

  • Farel 9-13 manat arası
  • Levrek 20-22 manat, böyüklər 25-28 manat
  • Nərə (təsərrüfatlarda yetişdirilmə) 40-45 manat
OXŞAR XƏBƏRLƏR
Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
  • 19:39

    Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs ittiham edilib
Menyu