http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Qazprom və SOCAR qaz təchizatı ilə bağlı müzakirələr aparıb

16 İyun 2023 , 16:58
Qazprom və  SOCAR  qaz təchizatı ilə bağlı müzakirələr aparıb

Rusiyanın “Qazprom” neft-qaz şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında qaz təchizatı ilə bağlı müzakirələr aparılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə “Qazprom” məlumat yayıb.

Müzakirələr Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumu-2023 çərçivəsində “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller və SOCAR prezidenti Rövşən Nəcəf arasında keçirilən işgüzar görüş zamanı aparılıb.

Görüşdə “Qazprom” və SOCAR arasında əməkdaşlığın, xüsusilə də qaz təchizatı sahəsində qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə edilib.

Tərəflər qazın nəqli sahəsində elmi-texniki əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Qeyd edək ki, iyunun 14 işinə başlayan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu-2023 sabahadək davam edəcək.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
  • 19:39

    Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs ittiham edilib
Menyu