Xarici ticarətdə 9,2 milyard dollarlıq müsbət saldo yaranıb
Bu ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 22 953,07 milyon ABŞ dolları təşkil edib.
"Operativ Media" xəbər verir ki, "vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 2 401,0 milyon dollar və ya 11,7 faiz çoxdur.
Cari ilin ilk beş ayında ixrac əməliyyatları 16 114,33 milyon dollar olub ki, bu da 2022-ci ilin eyni göstəricisindən 697,82 milyon dollar (4,5 faiz) çoxdur.
Hesabat dövründə ölkənin idxal əməliyyatlarının dəyəri illik ifadədə 1 703,18 milyon dollar (33,1 faiz) artaraq 6 838,74 milyon dollar təşkil edib.
Ölkənin xarici ticarətində 9 275,59 milyon dollar məbləğində müsbət saldo yaranıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net