Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 8,3 faiz artıb
Redaksiya
Cari ilin yanvar-may aylarında Azərbaycanda yanacaq istehlakçıları 1 milyon 179,9 min manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Dövlət Statistika Komitəsindən "Operativ Media"ya bildirilib ki, 2022-ci ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 8,3 faiz artıb. Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,7 faiz gəlir əldə edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma