http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycanda nə qədər taxıl biçilib?

17 İyun 2023 , 16:30
Azərbaycanda nə qədər taxıl biçilib?
Operativ Media

Respublikanın bölgələrində taxıl  biçini davam edir. Bugünədək sahələrdən 598272 ton arpa, 152672 ton buğda yığılıb. Artıq arpa sahələrinin təxminən 50 faizində biçin başa çatıb, buğda sahələrində kütləvi biçinə başlanıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29.6 sentner, buğda üzrə isə 33,2 sentner təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Payızlıq əkinlər mövsümündə Saatlı rayonunda 19801 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 14873 hektarı buğda, 4928 hektarı arpa sahələridir. Bugünədək Saatlıda 6555  hektar sahədə biçin aparılıb, sahələrdən 24710 ton məhsul yığılıb. Hazırda rayonda taxıl üzrə orta məhsuldarlıq 37.7 sent/ha təşkil edir. Saatlıda arpa biçini yekunlaşmaq üzrədir, arpa sahələrinin 94 faizində biçin yekunlaşıb. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün “Aqroservis” ASC tərəfindən rayona digər bölgələrdən əlavə kombaynlar dislokasiya edilib.

Hazırda rayonda biçin prosesində 44 kombayn iştirak edir. Bunlardan 22 kombayn “Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır, “Aqroservis” tərəfindən digər rayon bölmələrindən Saatlıya 6 əlavə kombayn dislokasiya edilib. Biçinə həmçinin fiziki və hüquqi şəxslərə məxsus 16 özəl kombayn da cəlb olunub. Rayonda arpa biçininin ən qısa müddətdə tam başa çatacağı gözlənilir.

Qeyd edək ki, hazırda respublikanın 61 rayonunda biçin gedir. Bu günə qədər 247863 hektar sahədə, yaxud payızlıq əkin sahələrinin 23.5 faizində biçin başa çatıb. Sahələrin 66342 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib.

Biçin prosesi davam edir.

Qeyd edək ki, bu il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu