30 Sentyabr 2022, 11:25
Tofiq Yaqublu saxlanıldı - YENİLƏNİB
Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun saxlanılma səbəbi açıqlanıb.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Operativ Media"a bildirib ki, Yaqublu razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə saxlanılıb. Hazırda müvafiq araşdırma aparılır.
* 11:25
Müsavat Partiyasının üzvü Tofiq Yaqublu polis əməkdaşları tərəfindən saxlanılıb.