http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib

07 İyul 2023 , 19:17
Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Moskvada Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 21-ci iclası keçirilib.

"Operativ Media" Report-a istinadən xəbər verir ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak ediblər.

Tərəflər Azərbaycan-Rusiya dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə ediblər.

Qeyd olunub ki, Azərbaycan və Rusiya prezidentləri arasında fəal siyasi dialoq və şəxsi təmaslar ikitərəfli əməkdaşlığın bütün spektri üzrə yüksək dinamikanı təmin edir.

Vurğulanıb ki, Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi münasibətlər çox müsbət tendensiyaya malikdir. 2022-ci ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 24 % artaraq 3,7 milyard ABŞ dollarını keçib.

Tərəflər həmçinin sənaye əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıblar.

Bildirilib ki, hər iki tərəf nəqliyyat və logistika əlaqələrinin inkişafına xüsusi önəm verir. Azərbaycan və Rusiya arasında yükdaşımaların həcmində müsbət artım dinamikası təmin edilib və bu, 2022-ci ildə 36 %-dən çox təşkil edib.

Tərəflər inkişafı üçün birgə səylərin göstərildiyi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin layihəsini prioritet hesab ediblər.

İclasın yekununda Protokol imzalanıb.

OXŞAR XƏBƏRLƏR
Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

Blinken: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstəyimiz tamdır

Blinken: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstəyimiz tamdır

İlham Əliyev: Beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

İlham Əliyev: Beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu