Braziliya prezidenti Lula da Silva Karlo Ançelottinin 2024-cü ilin yayında Braziliya millisini idarə etməsi qərarını tənqid edib.
İqtisadiyyat.az xəbər verir ki, SBT kanalına danışan Lula da Silva "O, heç vaxt İtaliya millisini çalışdırmayıb. Niyə o, İtaliyanın problemlərini həll etmir? Onlar son dünya çempionatında belə olmayıb" deyərək qərarı şərh edib.
Lula da Silva Braziliyada məşqçi çatışmazlığından daha çox keyfiyyətli oyunçuların olmadığını da düşünür.
"Problem menecerdə deyil. Problem odur ki, digər dövrlərdə əldə etdiyimiz oyunçu keyfiyyətinə malik deyilik".






