"Turan Tovuz" heyətinə yeni futbolçu cəlb edib.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
"Turan Tovuz" nigeriyalı futbolçu Otto Con ilə 2 illik rəsmi müqavilə bağlanıb.
Son olaraq Kosovoda “Dukagini” klubunun şərəfini qoruyan 25 yaşlı hücumçu karyerası ərzində “36 Lion” (Nigeriya), “Skenderbeu” (Albaniya), “Trepça”(Kosovo) və “Priştina” (Kosovo) klublarının da formasını geyinib.






