PSJ futbolçusu Leandro Paredes ilə yollarını ayıracaq.
"Operativ Media" xəbər verir ki, argentinalı yarımmüdafiəçi yeni baş məşqçi Luis Enrikenin planlarında yer almır. Bu barədə "Lequipe" nəşri məlumat yayıb.
Paredeslə "Atletiko" və "Qalatasaray" maraqlanır.
29 yaşlı futbolçu ötən mövsümü "Yuventus"da icarədə keçirib.






