"Səbail" braziliyalı müdafiəçi ilə anlaşıb

Əziz Əzizli
"Səbail" braziliyalı müdafiəçi ilə anlaşıb

Azərbaycan Premyer Liqası təmsilçisi "Səbail" transfer çalışmalarını davam etdirir.

"Operativ Media"nın əldə etdiyi məlumata görə "dənizçilər" Bolqarıstanın "Lokomotiv Plovdiv klubunda çıxış edən Luan Da Silvanı transfer edib.

Karyerası ərzində "Lieferinq", "Ştrum Qraz", "St.Pölten", "İonikos", "Zalsburq", "Admira", "Spartak Varna" klublarında çıxış etmiş 27 yaşlı braziliyalı müdafiəçi 177 oyuna 12 qol vurub, 3 assist etməyi bacarıb.

Transferin tezliklə açıqlanacağı gözlənilir.

Digər xəbərlər