"Neftçi"nin futbolçusu Emin Mahmudov "Matç TV" turnirində "Srvena Zvezda"ya uduzduqları görüşü şərh edib.
"Operativ Media" xəbər verir ki, kapitan 0:4 hesabıyla bitən oyunla bağlı bunları deyib:
"Srvena Zvezda" ilə oyun alınmadı. Rəqib çox aqressiv və sürətli idi. Sadə top itkilərinə yol verdik və hücum etmələrinə şərait yaratdıq. Onlar bizdən daha yaxşı oynadılar".
Mahmudov performansından da söz açıb:
"Üç gün idi komanda ilə məşq edirdim. Oynamaq bir az çətin oldu, amma əvvəldən çalışır, formamı itirmək istəmirdim. 45 dəqiqə oynaya bildim, daha çox çalışmalıyam".






