Matç TV Kuboku” çərçivəsində iyulun 8-də “Smena” stadionunda keçirilmiş “Neftçi” – “Srvena Zvezda” oyununun sonlarında zədələnmiş futbolçu Emil Balayevin sağlamlıq durumuna aydınlıq gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə“Neftçi”nin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında məlumat verib:
“Emil Balayev Maqnit Rezonans Tomoqrafiya müayinəsindən keçdi. O, axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunacaq. Bu səbəbdən qapıçı təqribən 5 ay yaşıl meydanlardan kənarda qalacaq”.






