Ana səhifə / İdman / "Qəbələ" yerli müdafiəçini transfer etdi "Qəbələ" yerli müdafiəçini transfer etdi 09.07.2023, 18:13 Əziz Əzizli Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. "Operativ Media" xəbər verir ki, “qırmızı-qaralar” Rauf Hüseynlinin keçidini gerçəkləşdirib. 23 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Raufun son klubu “Şamaxı” olub. Karyerasına “Qarabağ”da başlayan futbolçu “Zirə”də də forma geyinib. Hüseynli Azərbaycan yığmalarında da çıxış edib. O, ölkəmizin U-19 və U-21 yığmalarının şərəfini qoruyub. Teqlər: "\"Qəbələ\" yerli müdafiəçini transfer etdi"