Krivatsyuk oynadı, komandası sülhə razılaşdı
Əziz Əzizli
Futbol üzrə Cənubi Koreya çempionatında 21-ci turun oyunları keçirilib.
"Operativ Media" xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” doğma meydanda “Suvon”la qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Anton start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 59-cu dəqiqədə sarı vərəqə də alıb.
“Daejeon” hazırda 29 xalla 6-cı pillədə qərarlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net