"Fənərbağça" Arda Gülərin yerinə polşalını gətirir

Əziz Əzizli
"Fənərbağça" Arda Gülərin yerinə polşalını gətirir

Türkiyə Super Liqası təmsilçisi "Fənərbağça" transfer çalışmalarını davam etdirir.

"Operativ Media" "Sabah" qəzetinə istinadən xəbər verir ki, "sarı-lacivertli" klub "Dinamo Moskva"nın 24 yaşlı polşalı yarımmüdafiəçisi Sebastian Szimanski ilə razılıq əldə edib. 

Anlaşmaya əsasən futbolçu ilə 4 illik müqavilə imzalanacaq. Futbolçu ilinə 2,5 milyon avro qazanacaq. Rusiya klubu isə bu transferdən 15 milyon avro əldə etmiş olacaq.

Qeyd edək ki, polşalı futbolçu son mövsümü icarə əsasında Hollandiyanın "Feyenord" klubunda keçirib.

Digər xəbərlər