“Qarabağ” - “Linkoln” matçının biletləri satışa çıxarılıb
Əziz Əzizli
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) matçının biletləri satışa çıxarılıb.
"Operativ Media" Ağdam təmsilçisinə istinadla xəbər verir ki, matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.
Biletləri “Park Bulvar”dakı “Qarabağ”ın Fan-Şopu, eləcədə Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış) əldə etmək olar.
Qeyd edək ki, “Qarabağ”-“Linkoln” qarşılaşması iyulun 19-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net