Menyu

Azərbaycanlı futbolçu komandası ilə İrəvana yollanacaq

Əziz Əzizli
Azərbaycanlı futbolçu komandası ilə İrəvana yollanacaq

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Ermənistana yollanacaq.

Hücumameyilli yarımmüdafiəçi “Eqtaniya”nın heyətində Konfrans Liqasının birinci təsnifat mərhələsinin “Ararat”la oyunu üçün İrəvana uçacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Albaniya klubunun idman direktoru Kleydi Zenelay Sportal.az-a açıqlama verib. O, azərbaycanlının Ermənistana yollanacağının dəqiqləşdiyini bildirib:

"Bəli, Vüsal bizimlə Ermənistana gedəcək. Bu, artıq konkretləşib. Çünki onun üçün bilet alınıb. İrəvana gedəcəyi dəqiqdir. Hər halda, biz ora futbol oynamağa gedəcəyik".

Qeyd edək ki, "Ararat" - "Eqnatiya" matçı iyulun 13-də İrəvanda, 20-də isə Albaniyada keçəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər