Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Türkiyə Regional Ofisinin direktoru ilə görüşüb

Nərmin Qocamanlı
Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Türkiyə Regional Ofisinin direktoru ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Türkiyə Regional Ofisinin direktoru Valid Məhəmməd Abdelvahab ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviterdə bildirib.

"İslam İnkişaf Bankı Qrupunun Türkiyə Regional Ofisinin direktoru cənab Valid Məhəmməd Abdelvahab ilə ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri, qurumla tərəfdaşlığın prioritet istiqamətləri və işğaldan azad edilmiş ərazilərimizdə reallaşdırılan layihələr üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.

Nərmin Qocamanova

Digər xəbərlər