Braziliya yığmasının baş məşqçisi olmağa razılıq verən Karlo Ançelotti 2024-cü ildə Amerika Kubokundan əvvəl bu postu tutacaq. Bu səbəbdən "Real Madrid" yeni baş məşqçi axtarışına başlayıb.
"Operativ Media" "Daily Mail"ə istinadən xəbər verir ki, ispan nəhənginin bu post üçün siyahısında dörd keçmiş oyunçusu var. Bununla belə, Zinəddin Zidan menecer kreslosunu Ançelottidən götürməyə ən güclü namizəddir. Daha əvvəl 2016-18 və 2019-2021-ci illərdə "Real Madrid"i çalışdırmış Zidan üçüncü dəfə bu kresloda otura bilər.
Xəbərə görə, Zinəddin Zidan "Real Madrid"in ən güclü namizədlərindən biridir, lakin onun Fransa millisinin başına keçmək istəyi işləri çıxılmaz vəziyyətə sala bilər. Bu səbəbdən "Real Madrid" Xabi Alonso, Alvaro Arbeloa və Raulu siyahıya əlavə edib.






