Kevin Medina Türkiyə klubu ilə razılıq əldə etdi

Əziz Əzizli
Kevin Medina Türkiyə klubu ilə razılıq əldə etdi

"Qarabağ”ın futbolçusu Kevin Medina karyerasını Türkiyədə davam etdirəcəyi xəbərini vermişdik.

"Operativ Media" “Fanatik”ə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi “Çaykur Rizespor”la ilkin razılıq əldə edib. Kolumbiyalı oyunçunun sözləşmə bağlandıqdan sonra məşqlərə qoşulacağı vurğulanıb.

Qeyd edək ki, Kevin Medina 2020-ci ilin yayından “Qarabağ”da çıxış edir.

Digər xəbərlər