Klubların yeni reytinq cədvəli açıqlandı - "Qarabağ" gerilədi
Əziz Əzizli
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycandan "Qarabağ" və "Neftçi" yer alıb.
"Atlılar" ötən cədvəllə müqayisədə 3 pillə geriləyib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 138,5 xalla 74-cü pillədə qərarlaşıb.
"Neftçi" isə 67 xalla 291-ci sırada yer alıb. "Ağ-qaralar" ötən siyahı ilə müqayisədə 4 pillə geriləyib.
Reytinq cədvəlində 315 xalla İspaniyanın "Real" klubu başçılıq edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net