"Neftçi"də baş məşqçi postuna Adrian Mutu gətirilib. Rumıniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
"Operativ Media" xəbər verir ki, Mutu "Neftçi"yə təyinatı ilə bağlı klubun mətbuat xidmətinə fikirlərini bölüşüb:
“Neftçi” Azərbaycanda ən böyük və ən güclü azarkeş bazasına mailk klubdur. “Neftçi” azarkeşləri Avropada öz sədaqəti və dəstəyi ilə tanınırlar. Mən onlarla yaxşı əlaqə quracağıma əminəm, çünki günün sonunda nə ediriksə, azarkeşlərimiz üçün edirik. Məqsədim “Neftçi”ni layiq olduğu yerə - Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və Azərbaycanı Avropada qürurla təmsil etməkdir. İnanıram ki, “Neftçi” Avropa futbol meydanlarında böyük uğurlar əldə edəcək”.






