"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Linkoln”la keçirilən səfər oyunundan sonra mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib.
"Operativ Media" xəbər verir ki, mütəxəssis komandada psixoloji yorğunluq olduğunu deyib:
"Futbolçularımı təbrik edirəm. Hava şəraitinə, meydança amilinə görə onlara oynamaq asan deyildi. Amma bir neçə epizodu çıxsaq, 90 dəqiqə ərzində çox diqqətli oldular. Rəqib komanda çox təcrübəli futbolçulardan qurulub. Hər birinin son nöqtəni qoymaq bacarığı var. Rəqib təxminən biz düşündüyümüz kimi oynadı. 23-24 günlük səfərə görə komandamda psixoloji yorğunluq həddindən artıq çox idi. Buna baxmayaraq, özlərini sona qədər düzgün idarə edə bildilər. Hətta sonda qələbə qolunu da vura bildilər. Futboloçularımın oyuna yanaşmasından razı qaldım”.






