"Bavariya" Harri Keyn üçün 3-cü dəfə təklif göndərəcək

Əziz Əzizli
"Bavariya" Harri Keyn üçün 3-cü dəfə təklif göndərəcək

Alman nəhəngi "Bavariya" Robert Levandovskidən sonra keçən mövsüm yaşanan qol problemini həll etmək üçün pul kisəsinin ağzını açıb.

"Operativ Media" xəbər verir ki, “Tottenhem”də çıxış edən Harri Keyni heyətinə qatmaq istəyən Tomas Tuçelin komandası ilk iki təklifin rədd edilməsindən sonra üçüncü təklifi etməyə hazırlaşır, Tuçel isə bu transferin rəsmiləşməsini səbirsizliklə gözləyir.

Əvvəlki 80 milyon funt-sterlinq təklifi rədd edildikdən sonra təklifi yüksəltmək istəyən "Bavariya" "Tottenhem"in prezidenti Daniel Levi tərəfindən maneə ilə qarşılaşa bilər. Keynin "Bavariya"nın baş məşqçisi Tuçel ilə gizli görüşündən son dərəcə narahat olan Levi, oyunçusundan ayrılmaq istəmir və yeni müqavilə imzalamaq üçün "Tottenhem"in ulduzunu razı salmağa çalışır.

Digər xəbərlər